ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte Ağ Evdə mətbuata qapalı görüş keçiriblər.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Tramp ilə NATO Baş katibi Rutte, ABŞ ilə İran arasındakı müvəqqəti atəşkəs sazişi və ABŞ-NATO münasibətlərinin müzakirə olunduğu bir dövrdə bir araya gəliblər.
Ağ Evdə mətbuata qapalı keçirilən görüşdə ABŞ-NATO əlaqələri və İranla bağlı gündəmdəki əsas mövzuların müzakirə edildiyi qeyd olunub.
Ağ Evin sözçüsü Karolin Livittə ünvanlanan "Tramp hələ də NATO-dan çıxmağı düşünürmü?" sualına o, "Bu mövzu Prezidentin daha əvvəl toxunduğu bir məsələdir və zənnimcə, bir neçə saat sonra Baş katib Rutte ilə də bu mövzunu müzakirə edəcək", - deyə cavab vermişdi.