AZ

Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin I rübündə mikromobillik vasitələri ilə 1 milyon km-dən çox yol qət edilib.Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Belə ki, mikromobillik infrastrukturunun inkişafı istiqamətində görülən işlər, şəhər konsepsiyası üzrə mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.

2026-cı ilin ilk 3 ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 676 907 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.Xüsusilə velosipedlərin sifarişində nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Belə ki, ötən ilin ilk rübündə velosiped 49 082 dəfə sifariş olunduğu halda, bu ilin müvafiq dövründə 188 847 dəfə sifariş edilib ki, bu da 4 dəfə çoxdur.Eyni zamanda, velosipeddən istifadə edənlərin sayı da 4 dəfə artaraq 86 445 nəfər təşkil edib.Cari ilin yanvar-mart aylarında alternativ nəqliyyat növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 344 201 nəfərdir. Bu, 2025-ci ilin ilk 3 ayının göstəricilərindən 1,5 dəfə çoxdur.Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin 3 ayında 1 345 398 kilometr yol qət edilib. Bu, ötən illə müqayisədə 1,4 dəfədən çoxdur.Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik infrastrukturu genişləndirilir.Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır.Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 4240, velosiped sayı isə 2200-dür.Əhali arasında mikromobillik vasitələrinə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
15
bizim.media

10Mənbələr