AZ

İspan güləşçi azərbaycanlının üzərinə pələng buraxdı FOTO

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xalq pəhləvanı Sali Süleyman və Xalq artisti Məlik Dadaşov: onları hansı tellər bağlayır?

Sali Süleyman güləş üzrə ikiqat dünya çempionu, Azərbaycanın və Dağıstanın şöhrətli pəhləvanıdır.

Sali Süleyman (əsl adı Məhəmməd (Mama) Maxtulayev, yaxud Mama Koçap) uzun, maraqlı və şərəfli bir ömür sürüb (1879–1972). Hələ uşaq ikən o, qeyri-adi fiziki gücü ilə diqqəti cəlb edib. Dünyaca məşhur pəhləvan İvan Poddubnı 1897-ci ildə Temirxan-Şuraya qastrol səfərinə gələrkən yeniyetmə Koçap onun diqqətini çəkib. “Koçap” kumık dilində “qoçaq”, “pəhləvan” deməkdir.

Türkiyə sultanı II Əbdülhəmidin sevimli pəhləvanı Maksudu məğlub etdikdən sonra türklər onu fateh Sultan Süleyman Qanuninin şərəfinə Sali Süleyman adlandırıblar. Bəs niyə “Sali”? “Sali” ərəb dilində “üçüncü” deməkdir. Bizdə hətta “Sani”, yəni “ikinci” olan Süleyman da var — yazıçı-pedaqoq Süleyman Sani Axundov. O, böyük ustadı M.F.Axundzadədən sonra özünü “ikinci” adlandırırdı.

Sali Süleyman bütün həyatı boyu heç kəsə uduzmayıb, daim qalib olub. Yalnız müəllimi İvan Poddubnı ilə keçirilən görüşlər “heç-heçə” nəticələnib.

Haşiyə. Bir dəfə ispan güləşçisi Alberto Qonsaleslə sirkdə güləş zamanı Sali Süleyman rəqibini məğlub etsə də, bu qələbə ona baha başa gəlib. Belə ki, məğlubiyyəti həzm edə bilməyən rəqib qəfəsdəki pələngi onun üzərinə qısqırdıb. Pələnglə əlbəyaxa olan Süleyman yırtıcını yalın əllə boğaraq öldürüb, lakin özü də ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin vaxt onu Rusiyanın iki məşhur siması — Maksim Qorki və Fyodor Şalyapin ziyarət edib.

Sali Süleyman Azərbaycanın Əməkdar artisti, Dağıstanın isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, güləş arenasını 70 yaşında tərk edib.

Məşhur pəhləvan 1972-ci ildə, 93 yaşında Bakıda vəfat edib.

Bəs xalq pəhləvanı Sali Süleymanı və Xalq artisti Məlik Dadaşovu hansı tellər bağlayırdı?

Məsələ burasındadır ki, pəhləvanın qızı (səhv etmirəmsə, adı Səltənət idi) məşhur aktyorun həyat yoldaşı olub. Sonradan isə ayrılıblar.

Firuz Mustafa,

Yazıçı, dramaturq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr