Ukrayna hələ də Norveçin 2023-cü ildə vəd etdiyi 6 ədəd F-16 qırıcı təyyarəni almayıb.
Herbiand.az bildirir ki, bu barədə NRK nəşri xəbər verib.
Vəd edilmiş qırıcı təyyarələrdən dördü nasaz olub. Hazırda onlar Belçika emalatxanasındadır və ciddi texniki xidmət problemləri var. Məlumata görə, bu qırıcı təyyarələrin hazırlanması bir ilə qədər vaxt apara bilər, çünki hər birində təxminən 100 detal yoxdur. Qalan iki təyyarə də Belçika emalatxanasındadır. Bu təyyarələrdən əvvəllər Danimarkada ukraynalı pilotların təlimi üçün istifadə olunub.
Bununla belə, Norveç müdafiə naziri Tore Sandvikin sözlərinə görə, qırıcı təyyarələrin mülkiyyət hüququ 2024 və 2025-ci illərdə Ukraynaya keçib. Buna görə də, ölkə təyyarələrin hazırlanması və texniki xidməti də daxil olmaqla prioritetlərini özü müəyyən edir.
Bəxtiyar CƏFƏRLİ