Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrliyində, Yasab kəndi ərazisində güclü yağıntılar nəticəsində sel suları yolun torpaq yatağını və suötürücü qurğuları yuyub. Nəticədə 2 ədəd qoşa boru yararsız vəziyyətə düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, məlumat daxil olan kimi Agentliyin əməkdaşları dərhal əraziyə cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb.
Hazırda qeyd olunan hissədə yolun bərpası işlərinə başlanılıb. Hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə müvəqqəti yolu tikilərək alternativ hərəkət təşkil olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.