AZ

Hörmüz boğazı və dünya iqtisadiyyatı: vəziyyət düzələcək?

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran iki həftəlik Hörmüz boğazını açdı, lakin dünya ekspertləri bunu uğur kimi qiymətləndirmir. İran-Amerika-İstaril qarşıdurmasında dağılmış iqtisadiyyat, dünya neft bazarına və iqtisadiyyatına verilmiş zərər müharibədəki hər hansı bir uğurun qısa müddətli olacağı deməkdir. ABŞ və İsrailin həftələrlə davam edən hücumlarından sonra bir çox iranlı işini itirib, qiymətlər artıb. Zavodlar, elektrik stansiyaları, dəmir yolları, hava limanları və körpülər dağıdılıb. Körfəz ölkələri ilə vacib ticarət əlaqələri isə kəsilib.

Reuters Agentliyi yazır ki, İran vacib enerji təchizatı üzərində nəzarəti ələ keçirdikdən sonra regional səhnədə cəsarətli görünsə də, nəticədə İslam Respublikası üçün İsrail və ya ABŞ bombalarından daha böyük təhlükə yarada biləcək artan daxili problemlərlə üzləşir. Ötən gün İran Hörmüz boğazını yenidən açmağa razı oldu.

Amerikanın nüfuzlu Axios Xəbər Agentliyi isə yazır ki, beş həftəlik effektiv bağlanmanın iqtisadi nəticələri yeni başlayır. İki həftəlik atəşkəsin davamlı sülhə çevriləcəyinə dair heç bir əminlik yoxdur. Son həftələrdəki hücumlardan sonra yaranan infrastruktur ziyanı bütün dünyada enerji çatışmazlığına səbəb olub və bərpası illərlə çəkə bilər. İstehsalı azaldan obyektlərdə istehsalın yenidən başlaması vaxt aparacaq.

Agentliyinin yazdığına görə İranın indi boğazdan keçən yük daşımalarına qeyri-müəyyən müddətə vergi tətbiq edəcəyi və müharibədən əvvəl mövcud olmayan neft və digər malların qlobal tədarükündə yeni bir məhdudiyyət yaradacağı ilə bağlı real perspektivlər var. "Bu, daimi siyasət dəyişikliyi deyil, 14 günlük bir pəncərədir", müstəqil maliyyə məsləhət şirkəti olan "DeVere Group"un baş direktoru Nigel Green belə deyib. Onuz sözlərinə görə, dünya neft tədarükünün beşdə biri hələ də münaqişə tərəflərindən birinin təsiri altında olan bir dəhlizdən keçir. Bu, sabitlik deyil.

Dünyanın ən böyük konteyner daşıma şirkətlərindən biri olan "Maersk" isə belə bir açıqlama verib: "Atəşkəs tranzit imkanları yarada bilər, lakin hələlik tam dəniz təhlükəsizliyi təmin etmir və biz bütün potensial şərtləri başa düşməliyik. Şərtlər qeyri-müəyyəndir. İranın xarici işlər naziri keçidlə bağlı qeyri-müəyyən "texniki məhdudiyyətlər"ə istinad etdi, Tramp isə "Truth Social"dakı paylaşımında ABŞ-ın boğazın "tam, dərhal və təhlükəsiz açılışını" təmin etdiyini bildirdi."

Müharibənin yaratdığı ümumi mənzərədən sonra boğazın açılmasının vəd etdiyi mənzərə isə belədir: Bu perspektiv neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu və ABŞ-ın etalon nefti olan West Texas Intermediate, eyni gün saat 11:30-a qədər 15% azalaraq bir barel üçün təxminən 96 dollara düşdü - lakin, bu, müharibədən əvvəlki qiymətlərdən hələ də xeyli yüksəkdir.

Gələcək neft fyuçers müqavilələrinə görə, treyderlər qiymətlərin bu il müharibədən əvvəlki səviyyələrə qayıtmasını gözləmirlər ki, bu da qarşıdakı aylar üçün enerji qiymətlərinin daha yüksək olacağını göstərir. Qiymət artımı qlobal istehsalçıları çətinlik çəkməyə davam edə biləcək gübrə, helium və digər vacib xammal çatışmazlığı ilə paralel gedir. Gərginliyin azalması, inflyasiyanın artmasının qlobal mərkəzi bankların pul siyasətini sərtləşdirməsinə səbəb ola biləcəyi riskini aradan qaldırır.

Müharibənin başlanğıcından bəri treyderlər pronozlaşdırırlar ki, neft qiyməti 100 dollardan çox olacaqsa inflyasiya təzyiqlərini o qədər artıracaq ki, əsas mərkəzi bankları faiz dərəcələrini artırmasalar da, heç olmasa faiz dərəcələrini endirmə planlarına davam etməməyə məcbur edəcək. Bu risk müharibənin açıq şəkildə geriləməsi ilə azalır və bu da enerji qiymətlərindəki artımın qısamüddətli və idarəolunan olacağı və uzun müddətli artan əmtəə qiymətlərinin başlanğıcı olmayacağı ehtimalını artırır.

Qiymət artımı nə qədər çox dayandırılsa, mərkəzi bankların (məsələn, ABŞ və Avropa banklarının) müdaxilə edib qiymətlərin daha da artmasının qarşısını almağa ehtiyacı bir o qədər az olar.

Çərşənbə axşamı atəşkəsdən əvvəl etdiyi çıxışında ABŞ-ın mərkəzi bank sisteminin - "Fed"in vitse-spikeri Filip Cefferson müharibənin və enerji qiymətlərinin uzun müddətli artımının istehlakçı və biznes xərclərinə təsir göstərə biləcəyini və "qlobal iqtisadi perspektivə əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik" əlavə edəcəyi barədə xəbərdar etdi.

Cefferson enerji qiymətlərindəki sıçrayışın "ən azı yaxın müddətdə ümumi inflyasiyaya müəyyən qədər yuxarı təzyiq göstərəcəyini" söyləyib və geosiyasi gərginliyi (ticarət siyasəti qeyri-müəyyənliyi ilə birlikdə) inflyasiya proqnozuna mənfi təsir kimi göstərib: "Enerji təchizatının normala yaxın bir vəziyyətə qayıtması üçün bir neçə ay lazım olacaq və bir neçə aylıq məlumatların dəyişkənliyi mərkəzi bankları ehtiyatlı olmağa vadar edəcək".

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sesqazeti.az

1Mənbələr