AZ

Bakıda 1,5 kilometrlik yolda 25-ə yaxın çuxur yaranıb - VİDEO

Hövsan qəsəbəsində yerləşən avtomobil yolunda yağıntılardan sonra çoxsaylı çuxurlar yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə jurnalist Tural Yusifov sosial şəbəkə hesabında video paylaşıb.

O bildirib ki, “MİDA yolu” kimi tanınan ərazidən Aeroport şosesi istiqamətində hərəkət zamanı yolun cəmi 1,5 kilometrlik hissəsində 25-ə yaxın çuxur müşahidə olunur.

Jurnalistin sözlərinə görə, yol örtüyünün bu vəziyyəti ciddi narahatlıq doğurur:

“Bu yol cəmi 1,5 kilometrdir. Bu qısa məsafədə 25-ə yaxın çala yaranıb. Göydən nə yağır ki, asfalt bu vəziyyətə düşür? Üstəlik, yolda aparılan yama işlərində də standartlara əməl olunmayıb.”

"Cebheinfo.az"

Seçilən
13
3
cebheinfo.az

4Mənbələr