AZ

Adam öldürməyə cəhd etdi 14 il 3 ay həbs yatacaq

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Adam öldürməyə cəhddə təqsirləndirilən Şəmsi Məmmədlinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. 

Hökmə əsasən, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. 

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakının Binə qəsəbəsindəki "Südçülük sovxozu"nun ərazisində baş verib. Rəvan Nuriyev Şəmsi Məmmədliyə onun dostu Pərviz İbrahimovun narkotik satıcısı olduğunu deyib. Şəmsi Məmmədli məsələnin aydınlaşdırılması məqsədi ilə R.Nuriyevi danışmağa çağırıb. Yaranmış mübahisə nəticəsində Ş. Məmmədli R. Nuriyevə şillə vurub. R. Nuriyev bu barədə qardaşı B. Nuriyevə məlumat verib. Bundan sonra Babək Nuriyev Şəmsi Məmmədlini söhbətə çağırıb. Yaranmış mübahisə zəmnində Ş. Məmmədli B. Nuriyevə ard-arda bıçaq zərbəsi endirib.

Faktla bağlı cinayət işi başlanılıb, Şəmsi Məmmədli Cinayət Məcəlləsinin 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma) 29 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) 29 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd)maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.

Orxan Rasifoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
unikal.az

5Mənbələr