AZ

İranın siyasi gələcəyi masada – SENSASİON DETALLAR

Müctəba Xameneinin İranın Ali dini lideri vəzifəsinə gəlməsi fonunda regionun gələcək taleyi və hakimiyyət daxilindəki yeni güc balansları beynəlxalq birliyin diqqət mərkəzindədir.

Atəşkəs dövründə baş verən bu mühüm rəhbərlik dəyişikliyi Tehranın həm daxili sabitliyini qorumaq, həm də xarici təhdidlərə qarşı yeni bir müdafiə xətti qurmaq niyyətini büruzə verir. Xüsusilə də yeni liderin hərbi elita ilə olan sıx əlaqələri ölkənin gələcək kursunda radikal addımların atıla biləcəyi ehtimalını gücləndirir.

Qabil

NOCOMMENT.az-a danışan professor Qabil Hüseynli qeyd edib ki, Müctəba Xameneinin rəsmi olaraq hakimiyyət sükanı arxasına keçməsi İranın siyasi tarixində yeni bir səhifə açır: “Müctəba Xamenei artıq ölkənin Ali dini lideridir və bu, hakimiyyətin ötürülməsi prosesinin tamamlandığını göstərir. Onun rəhbərliyi altında dövlət daxilindəki ‘dərin strukturlar’ və SEPAH kimi qüvvələr öz mövqelərini daha da möhkəmləndirib. Bu yeni dövrdə biz Tehranın hərbi və diplomatik masada daha qətiyyətli manevrlərinin şahidi olacağıq”.

Onun sözlərinə görə, Ali liderin hərbi-dini elita ilə qurduğu ittifaq ölkənin xarici siyasətində də həlledici rol oynayacaq: “Müctəba Xameneinin SEPAH rəhbərliyi ilə strateji ortaqlığı İranın regiondakı hərbi gücünü və təsir imkanlarını qoruyub saxlamaq məqsədi daşıyır. Artıq klassik dini idarəetmədən daha çox, hərbi elementlərin və strateji kəşfiyyat amillərinin üstünlük təşkil etdiyi bir liderlik modeli formalaşıb. Bu keçid həm daxili müxalifəti zərərsizləşdirmək, həm də xarici təzyiqlərə qarşı daha dayanıqlı bir sədd çəkmək strategiyasının tərkib hissəsidir”.

Sara,
NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr