AZ

Prokuror Şahin Şıxlinski və oğluna 9 il iş istəyib

Prokuror Şahin Şıxlinski və oğluna 9 il iş istəyib

Yekaterinburqda Uraldakı Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunduğu cinayət işi üzrə məhkəmə iclası baş tutub.

AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, prokuror məhkəmədən Şahin Şıxlinskinin 9 il müddətinə ciddi rejimli, oğlunun isə eyni müddətə ümumi rejimli həbs düşərgəsinə göndərilməsini istəyib.

İttihama əsasən, 2025-ci ilin iyulunda baş verən hadisə zamanı FTX əməkdaşları ata və oğlun olduğu maşına müdaxilə edib. Bu vaxt sükan arxasında olan Mutvalı Şıxlinski xidməti vəzifəsini yerinə yetirən zabitlərdən birini avtomobillə vurub.

Qeyd edək ki, Şahin Şıxlinski artıq bu ilin martında keçmişdə törətdiyi ağır cinayətlərə — 2001 və 2010-cu illərdəki qətl və sui-qəsd hadisələrinə görə 22 il müddətinə azadlıqdan məhrum edilib. Hazırkı məhkəmə prosesi həmin cəzadan əlavə olaraq hakimiyyət nümayəndəsinə müqavimət faktı ilə bağlı aparılır.

Seçilən
30
afn.az

1Mənbələr