AZ

Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb

"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasının (DŞ) müstəqil üzvü Asim Salamov vəzifəsindən ayrılıb.

Bu barədə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, o, aprel ayından etibarən şirkətdəki vəzifəsindən kənarlaşıb.

Bununla da "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə iki nəfərdən ibarət olub.

Qeyd edək ki, Asim Salamov bu vəzifəyə 2023-cü ilin yanvar ayında təyin edilmişdi. O, 2017-ci ilə kimi Bank BTB-nin Müşahidə Şurasının üzvü və rəhbəri vəzifələrində çalışıb.

İş elanları AzVak.az-da

© APA

AzRe Təkrarsığorta Direktorlar Şurası müstəqil üzv Asim Salamov vəzifədən ayrılma Tokay Əlizadə iki nəfər təyinat 2023-cü il Bank BTB Müşahidə Şurası rəhbərlik sığorta şirkəti aprel idarəetmə rəhbərlik təcrübəsi
Seçilən
2
3
marja.az

4Mənbələr