AZ

Azərbaycanda 500-dən çox şəxs ad dəyişdirib

BAKI, 9 aprel. TELEQRAF

Cari ilin ilk 3 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən ümumilikdə 547 şəxsin barəsində soyadın, adın və ya ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 138-i kişi, 409-u isə qadın olub.

"Onlardan 178-i 18-25 yaş, 172-si 25-35 yaş, 94-ü 35-45 yaş, 52-si 45-55 yaş aralığında, qalanları isə 55 yaşdan yuxarıdır.

Məlumat üçün bildiririk ki, adlar, soyadlar və ya ata adları daha çox vətəndaşların öz istəyi ilə, o cümlədən nikahdan əvvəlki soyada qayıtmaq, ər-arvadın eyni soyadı daşımaq, ərizə verənin onu tərbiyələndirən şəxsin soyadını qəbul etmək və ya onun adı ilə ata adı daşımaq arzusu ilə bağlı olub", - məlumatda qeyd olunub.

Seçilən
39
teleqraf.com

1Mənbələr