ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda ABŞ və İsrail ilə münaqişə zamanı 3000-dən çox insan ölüb.
"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscədi deyib.
"Meyitlərin təxminən 40%-nin şəxsiyyətini müəyyən etmək mümkün olmasa da, məhkəmə-tibbi ekspertiza təşkilatının imkanları və resurslarından istifadə edərək onların şəxsiyyəti müəyyən edilərək mərhumların ailələrinə təhvil verilib", - deyə o bildirib.
Xatırladaq ki, 8 aprel gecəsi ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Onlar arasında müharibə 28 fevral tarixində başlamışdı.
Gülayə Mecid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.