Cari ilin ilk üç ayı ərzində Azərbaycanda motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən beş yol-nəqliyyat hadisələrində üç nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, birinci rübdə sözügedən səbəbdən iki nəfər xəsarət alıb.
Qeyd edək ki, təkcə ötən gün ərzində Yasamal, Xətai və Abşeron rayonlarında motosiklet sürücülərinin iştirakı ilə baş verən beş yol-nəqliyyat hadisəsindən üçü xəsarətlə nəticələnib.
"Cebheinfo.az"