Bu mövsümdən I Liqada mübarizə aparan «Səbail»də yeni dönəmə hazırlıq başlayıb. Klubdan əldə etdiyimiz məlumata görə, sponsorluq niyyəti ilə qapını döyən var. «Dənizçilər»i himayəsinə götürmək istəyən şəxsin adı açıqlanmasa da, kifayət qədər tanınmış biri olduğu bildirilir. O. Bayıl təmsilçisinin maliyyə imkanlarını yaxşıladırmaq, ümumiyyətlə,iddialı duruma gətirmək fikrindədir.
Redaksiyamıza verilən informasiyada qeyd olunub ki, danışıqlar sürətlə davam edir və yaxın vaxtlarda bütün məsələlərə tamamilə aydınlıq gələcək.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta