AZ

AFFA “Turan Tovuz”u cərimələdi – Ehtiram Quliyevin açıqlamasına görə

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin Əliyar Ağayevlə bağlı açıqlaması səbəbindən Tovuz təmsilçisi cərimələnib.

“3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin (maddə 88.4);

3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1).

 

 

 

 

 

 

Seçilən
2
4
idmanxeber.az

10Mənbələr