AZ

40 gündən sonra İraqa ilk sərnişin təyyarəsi eniş ETDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Yaxın Şərq HHX xidmətlərindəki mənbə TASS-a bildirib ki, ölkədə hava məkanı açıldıqdan sonra 40 gündən çox müddətdə ilk sərnişin təyyarəsi İraqa uçub.

Redaktor.az xəbər verir ki, mənbənin sözlərinə görə, Dubaydan gələn təyyarə Bəsrə şəhərinin beynəlxalq hava limanına eniş edib. Bu, fevralın 28-də tətbiq edilən uçuş qadağasının aradan qaldırılmasından sonra ilk uçuş olub.

Mənbə əlavə edib ki, sərnişin təyyarəsi uçuş zamanı Küveytin hava məkanını keçib, halbuki həmin hava məkanı hələ də bağlı qalır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
redaktor.az

2Mənbələr