AZ

Sosial şəbəkələrdə protein satışı: Təhlükə VARMI?

Bəs bu cür platformalardan alınan protein və digər qida əlavələrinin istifadəsi nə dərəcədə doğrudur? Onların sağlamlığa mümkün təsirləri nələrdir? Eyni zamanda, sosial şəbəkələrdə fəaliyyət göstərən qeyri-rəsmi satıcıların yaratdığı risklərdən qorunmaq üçün bu sahədə satış necə tənzimlənməlidir? Məsələ ilə bağlı Ajans.az-ın suallarını cavablandıran tanınmış idmançı Kamil Zeynallı bildirib ki, “heç bir qida əlavəsini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatı olmadan istifadə etmək olmaz. Fərqi yoxdur, protein və ya digər qida əlavəsi — ölkəyə daxil olan hər hansı bir məhsulu qida təhlükəsizliyi agentliyinin sertifikatı yoxdursa, almaq olmaz. Xaricdən gətirilən bu tip məhsullar dövlət nəzarətindən keçməsə, heç kim onu satmır. Əgər kimsə bunun əksini etsə, satan şəxslər həbs ediləcək. Ümumilikdə qida təhlükəsizliyi agentliyi bildirir ki, sertifikatsız qidaları, xüsusilə qida əlavələrini almayın.

Bu məhsulları ölkəyə gizlin gətirən şəxslər onların sosial şəbəkələrdə açıq şəkildə satışını edə bilməzlər.”

Seçilən
84
Ajans.az

1Mənbələr