AZ

Britaniya xarici işlər naziri: Hörmüz boğazı tam və rüsumuz açılmalıdır

ain.az, Azertag saytına istinadən bildirir.

London, 9 aprel, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Hörmüz boğazının tam və heç bir rüsum olmadan yenidən açılmasına çağırıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, nazir bu mühüm nəqliyyat dəhlizində heç bir məhdudiyyət və ya ödənişin tətbiq edilməməli olduğunu deyib. İvett Kuper, həmçinin ABŞ və İsrailin İranla əldə etdiyi atəşkəs razılaşmasına Livanın da təcili şəkildə daxil edilməsinin vacibliyini vurğulayıb.

Yeri gəlmişkən, Böyük Britaniyanın Baş naziri Kir Starmer Körfəz ölkələrinə səfəri çərçivəsində Əbu-Dabiyə gəlib. Atəşkəs razılaşmasının təzyiq altında olduğu bir vaxtda baş tutan səfər çərçivəsində o, Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə də görüşüb. Tərəflər regionda davamlı sülhün vacibliyi barədə razılığa gəliblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
azertag.az

4Mənbələr