AZ

Nigeriyada silahlıların hücumu nəticəsində 60-dan çox insan öldürülüb

Nigeriyanın şimal-qərbində silahlıların hücumları nəticəsində 60-dan çox insan qətlə yetirilib.

Herbiand.az xəbər verir ki, Şiroro regionundakı Erena qəsəbəsinə hücum nəticəsində ən azı 20 nəfər ölüb. Silahlıların Kibi vilayətindəki qəsəbələrə hücumları isə 40-dan çox sakinin ölümünə səbəb olub.

Qeyd olunur ki, Nigeriya təxminən 20 ildir əsasən şimal və şimal-şərq bölgələrində, son dövrlərdə isə cənub-şərqdə terrorizmlə mübarizə aparır. 2025-ci ilin dekabr ayından etibarən ABŞ bu istiqamətdə Nigeriyaya dəstək verir, ölkəyə yüzlərlə hərbçi, silah və sursat göndərir. Buna baxmayaraq, əsasən Boko Haram qruplaşmasının həyata keçirdiyi hücumlar yeni ərazilərə yayılmaqda davam edir.

Seçilən
0
3
herbiand.az

4Mənbələr