AZ

Həcc ziyarəti üçün kvotanın tamamlanmasına sayılı yerlər qalıb - QMİ

Bakı. Trend:

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiztamamlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanlarıİdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, kvota üzrə cəmi 4 faiz boş yer qalıb:

"Müraciət edənlər arasında uşaqlar, eyni zamanda məşhur şəxslərdə var. Sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumatveriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həminzəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu ilüçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir".

Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verəngərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini dəaçıqlamışdı:

"Hazırda regionda baş verən gərginliklərlə bağlı heç birdəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyatprosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur,gündəlik müraciətlər qeydə alınır", - deyə o bildirmişdi.

Seçilən
13
12
az.trend.az

10Mənbələr