AZ

9 uşaqlı ailənin evindən ŞOK reportaj: sirlər ÜZƏ ÇIXDI - Video

Hər şey mətbuatda yayılan bir məlumatdan- Sumqayıtda Cəbrayılovlar ailəsinin 6 uşağının dəm qazından zəhərlənməsi xəbərindən başladı.

Günlərlə azyaşlıların vəziyyəti izlənildi, əldə olunan məlumatlar ictimaiyyətə də çatdırıldı. Aprelin 3-də isə zəhərlənən yaş yarımlıq körpənin vəfatı xəbəri gəldi. Və bundan sonra ard-arda ailə ilə bağlı ciddi müzakirələr başladı. Belə ki, körpəsi dünyasını dəyişən ata Kamil Cəbrayılov onun dəfnində “TikTok”da canlı yayım açdı. Bu isə haqlı olaraq birmənalı qarşılanmadı və insanlar arasında təəccüb doğurdu: Hər kəsdə bir sual yarandı: Dəfn zamanı ata niyə canlı yayım açır və insanlardan “kart nörməm var , tıklayın” deyir?

Bunun üzərindən az keçmiş ailə ilə bağlı daha müəmmalı məlumat yayıldı : Ata müsahibəsində bildirdi ki, övladının birini pay verib. Ümumiyyətlə, Kamil Cəbrayılov gah 8- gah da 9 övladının olduğunu bildirdi. Ardınca isə məlumat yayıldı ki, 21 yaşında ikinci bir xanımı var və hər iki qadını bir evdə saxlayıb.

Bəs bu ailədə nə baş verir? Ailənin 9, yoxsa, 8 uşağı olub? İnsanları çaşdıran məqam isə odur ki, Kamil Cəbrayılov “TikTok” səhifəsində 9 uşağının olduğunu yazıb. Həmçinin bir müddət öncə paylaşılan ailəvi fotolarda da 9 uşaq olduğu görünür.

Belə olan halda uşağın biri hansı? TV Musavat-ın əməkdaşı suallara aydınlıq gətirmək məqsədi ilə ailənin evində olub.

Biz orada olarkən artıq zəhərlənən uşaqlardan ikisi evə buraxılmışdı, 3-ü isə hələ də xəstəxanada idi.

Daha ətraflı videoda: 

Şahanə Rəhimli,
Musavat.com 

 

Seçilən
1
musavat.com

1Mənbələr