Prezident İlham Əliyevin Sərəncamı ilə Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini təyin edilib. Pravda.az Oxu.Az-a istinadən Yaşar Əməşovun dosyesini təqdim edir:
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Yaşar Əməşov kimdir? - DOSYE - FOTO
O, 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub.
1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb.
1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib.
1998-2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib.
2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004-2006-cı illərdə böyük məsləhətçisi, 2006-2007-ci illərdə baş məsləhətçisi, 2007-2008-ci illərdə sektor müdiri, 2008-2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
3-cü dərəcə dövlət müşaviridir.
Evlidir, üç övladı var.