AZ

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

ABŞ-nin Artemis II missiyası ilə astronavtlar Ayın uzaq tərəfinə uçaraq yeni rekord qırıb və 2028-ci ildə planlaşdırılan Artemis IV üçün zəmin yaradıb. 

Röyters Agentliyi xəbər verir ki, Çin isə 2030-cu ilə qədər ekipajla Ay enişi planını sürətləndirməkdədir. Long March-10 raketi, Mengzou kosmik gəmisi və Lanyue eniş aparatı ilə astronavtlar Ay səthinə enəcək, nümunələr toplayacaq və orbitə qayıdacaq.

Son robot missiyaları Çinə texniki təcrübə qazandırsa da, ekipajlı missiyalar daha sərt təhlükəsizlik tələbləri tələb edirlər. Ekspertlər Çin missiyasının son hədəfə çatma ehtimalını “çox inandırıcı” hesab edirlər. Bu rəqabət geosiyasi əhəmiyyət daşıyır və kosmosda üstünlük uğrunda mübarizə 2030-cu ildə Aya ekipajlı enişlə davam edəcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr