
İsrail ordusunun Qəzza zolağında uşaqların təhsil aldığı çadırlara atəş açması nəticəsində 9 yaşlı qız həyatını itirib.
Missiya.Az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, xəsarət alan uşaqlar xəstəxanaya yerləşdirilib. Lakin 9 yaşlı Ritac Rihab xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağına hücumlarında ölənlərin sayı 72.317 nəfərə çatıb.
10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumlarında 738 nəfər həlak olub, 2036 nəfər yaralanıb.
İlahə Qənbərli
Missiya.Az