AZ

Bakıda karate üzrə beynəlxalq “Grand Prix” turniri baş tutacaq

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-dan 12-dək Bakıda beynəlxalq “Grand Prix” turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Sərhədçi İdman Mərkəzində baş tutacaq.

Turnirdə doqquz ölkədən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.

“Grand Prix” turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Qeyd edək ki, yarışın açılış mərasimi aprelin 10-da, saat 17:00-da keçiriləcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
icma.az

7Mənbələr