AZ

“Sabah” niyə əvvəlki kimi oynamadı - milli fasilə, yoxsa “Qarabağ”la duelin yorğunluğu?

Misli premyer-liqasının 26-cı turunun son oyununda “Sabah” “Araz-Naxçıvan”ın qonağı oldu. Naxçıvanlılar iki dəfə önə çıxdı, lakin hesabı qoruya bilmədi. Baş hakim Fərid Hacıyev və VAR komandası da oyunu yaxşı idarə etmədi. Çoxlarının fikrincə, “Sabah”ın qələbəsində hakimlərin də “rolu” var idi.

Nəticə bir yana, “Sabah” ilk yarıda qətiyyən özünə bənzəmədi, bir çox komponentlərdə rəqibə uduzdu. Bunun səbəbi nə idi? Ağla iki variant gəlir: “Sabah” oyunçuları milli fasiləsindən sonra tonusdan düşüb, “Qarabağ”la oyunda çox yorulmuşdular.

2-ci variant yüzdəyüz düzdü. “Sabah” bu mövsüm heç bir oyunda (xüsusən də ilk 60 dəqiqədə) rəqibdən bu qədər zəif çıxış etməmişdi. Amma yenə də gəlib ora çıxırıq ki, komanda fasilədən qayıdıb.

İlk iki dövrədə də bunun şahidi olmuşduq. Yaxşı temp yaxalayırlar, fasilə yaranır və komanda tonusdan düşür.

“Sabah” 2-ci hissədə istədiyi oyunu sərgiləyib, çox ehtiyac duyduğu qələbəni qazandı. Növbəti oyun isə iki oyunda 6 qol vurub, 1 qol buraxdıqları “Zirə”yə qarşıdı, özü də Masazırda. “Bayquşlar”ın real durumu məhz bu oyunda bəlli olacaq.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
26
football-plus.az

1Mənbələr