AZ

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılacaq

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 9 aprel, AZƏRTAC

Yeni tədris ilindən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində istixanaların yenidən qurulması və günəş panelləri mühəndisliyi ixtisasları üzrə tədrisə başlanılacaq.

Bu barədə AZƏRTAC-a müsahibəsində mərkəzin direktoru Ramil Əmənov məlumat verib. Onun sözlərinə görə, yeni ixtisasların açılması regionun əmək bazarının tələblərinə uyğun olaraq həyata keçirilir: “İstixana təsərrüfatlarının inkişafı kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Günəş panelləri mühəndisliyi ixtisası isə alternativ enerji sahəsində artan tələbat fonunda xüsusi aktuallıq kəsb edir. Bu istiqamət üzrə kadr hazırlığı həm enerji səmərəliliyinin artırılmasına, həm də yaşıl texnologiyaların tətbiqinə töhfə verəcək”.

Ramil Əmənov vurğulayıb ki, yeni ixtisaslar regionda gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə və onların əmək bazarına daha hazırlıqlı çıxmasına xidmət edəcək.

Müxbir – Aysel Azadqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
azertag.az

2Mənbələr