Bakıda Litvada yaşayan ukraynalı qaçqınların fotolarından ibarət “Onların hamısı deyil. Müharibə qaçqınlarının portretləri” adlı sərgi təşkil edilib.
APA xəbər verir ki, Xəzər Universiteti və Litva səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Ukrayna səfiri Yuri Husyev, digər diplomatlar, tələbələr və media nümayəndələri iştirak edib.
Litva Baş naziri İnqa Ruqiniene litvalıların öz evlərini könüllü surətdə ukraynalı qaçqınlara açdığını bildirib.
Litva Baş naziri Ukrayna xalqının əzmkar xarakteri barədə danışıb.
“Fotolardakı insanların gözlərinə baxdıqda Ukrayna xalqının məğlubedilməz olduğunu görmək olur”,- Baş nazir qeyd edib.
Ukrayna səfiri Yuri Husyev ölkəsinə göstərilən dəstəyə görə Azərbaycan və Litvaya təşəkkür edib.
Səfir Azərbaycan və Litvanı ukraynalıların ikinci evi adlandırıb.
Tədbir bədii hissə ilə davam edib.
Sonda tədbirin qonaqları sərgidə nümayiş etdirilən fotolarla tanış olub.