AZ

Rahat qələbə oldu Baku Sportinq in məşqçisi

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

1-ci Liqanın 21-ci turunda MOİK-i qəbul edən "Baku Sportinq" 3:1 hesablı inamlı qələbə qazanaraq lider "Şəfa" ilə xal fərqini azaltdı. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Matça yaxşı başladıq. Qarşılaşma başlayandan bitənə qədər oyuna nəzarəti özümüzdə saxladıq. Hesabı penalti qazanaraq erkən qolla açdıq və qalan dəqiqələrdə inamlı futbol sərgilədik. Ardından ikinci və üçüncü qolları vurduq. 

Əslində, ötən tur "Səbail"ə qarşı da komandamız üstün oyunla yadda qalmışdı. Bu matçla əvvəlkinin fərqi budur ki, "Səbail"lə oyunda sanki top qapı xəttini keçmək istəmirdi. Sevindirici məqam uşaqların ötən qarşılaşmadan doğru nəticə çıxarması, MOİK-lə görüşdə ələ düşən fürsətləri dəyərləndirmələridir. Rahat qələbə oldu. Yaxşı oyun fonunda qazanılan qələbəyə uşaqlara təşəkkür edirəm".

Toğrul  

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr