AZ

Amina Abdellatif: "Avropa çempionatında qadın cüdoçulardan gözləntilər böyükdür"

Azərbaycanın qadın cüdoçuıarından gözləntilər böyükdür.

"Far.Az"un məlumatına görə, bu sözləri qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Amina Abdellatif jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Hazırlıq yüksək səviyyədədir. Avropa çempionatına sayılı günlər qalıb. Qitə birinciliyinə ciddi hazırlaşırıq. Avropa çempionatından sonra Bakıdakı yarışa hazırlaşacağıq".

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq

Seçilən
32
far.az

1Mənbələr