AZ

Simonyandan Bakıya qarşı HƏYASIZLIQ: Araik və digərləri…

Aprelin 9-da Ermənistan parlamentinin sədri Alen Simonyan Avstriya Milli Şurasının Avstriya-Ermənistan-Gürcüstan Parlament Dostluq Qrupunun sədri Martina fon Künsberq-Sarrerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, müzakirələr ikitərəfli və parlamentlərarası münasibətlər, Azərbaycan və Ermənistan sülh prosesi və regional inkişaflarla bağlı məsələlərə yönəlib.

Separatçıların

Simonyan həmçinin dostluq qrupu üzvlərinin diqqətini Azərbaycanda həbsdə olan hərbi canilər və itkin düşmüş hesab edilən şəxslər məsələsinə də cəlb edib. Spiker onları “hərbi əsir” adlandırıb. Qeyd edək ki, parlament sədri Ağdama işğal dövründə səfər etdiyi üçün peşmançılığını dilə gətirib. O, jurnalistlərə bildirib ki, “artsax” ifadəsini işlətmək doğru deyil. Simonyan Qarabağın Azərbaycana aid olduğunu baş nazir kimi təsdiqləyən şəxslərdən biridir. O zaman indi ona nə düşüb ki, keçmiş xunta rejiminin hərbi canilərinin məsələsini avropalılarla görüşdə qaldırır?! Bu, ya daxili auditoriyanın gözünə girmək üçün imitasiyadır, ya da beynəlxalq aləmin gündəminə gətirmək cəhdidir. Görəsən Ermənistan ərazisində belə bir separatçı qurum olsaydı, onların reaksiyası necə olardı?

Simonyanın bu məsələləri gündəmə gətirməsi həyasızlıq və riyakarlıqdır. “Qarabağ hərəkatı”na qarşı çıxan iqtidarın Araik və digər terrorçuları müdafiə etməsi, onları “hərbi əsir” adlandırması ikiüzlülüyün bariz nümunəsidir.

Emil Salamoğlu
Musavat.com

Seçilən
16
2
musavat.com

3Mənbələr