AZ

"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb

"Qala Həyat Sığorta" ASC 2025-ci ili 10 milyon 60 min manat xalis mənfəətlə başa vurub.

Şirkətin maliyyə hesabatına görə, bu, 2024-cü illə müqayisədə 20,9 % çoxdur.

Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 29 milyon 138 min manat (əvvəlki ilə nisbətən 5,3 % çox), xərcləri 16 milyon 563 min manat (4,1 % az), mənfəət vergisi ödəmələri isə 2, milyon 15 min manat (21 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 55 milyon 968 min manat olub ki, bu da illik müqayisədə 26,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 30 % artaraq 24 milyon 199 min manata, balans kapitalı isə 23,9 % artaraq 31 milyon 769 min manata çatıb.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 milyon 42 min manatdır. Onun səhmlərinin 50 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.

İş elanları AzVak.az-da

© "Report" 

Seçilən
4
1
marja.az

2Mənbələr