AZ

Ötən il "Qala Sığorta"nın xalis mənfəəti 20%-ə yaxın azalıb

"Qala Sığorta" ASC 2025-ci ili 11,9 milyon manat xalis mənfəətlə başa vurub.

APA-Economics” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Bu göstərici 2024-cü illə müqayisədə 19,8% azdır.

Ötən il şirkətin bölüşdürülməmiş mənfəəti isə 9,7% azalaraq 19,2 milyon manat təşkil edib.

Hesabat dövründə "Qala Sığorta"nın gəlirləri və xərcləri də artıb. Belə ki, 2025-ci ildə şirkətin gəlirləri 8,3% artaraq 84,6 milyon manata, xərcləri isə 16,4% artaraq 69,7 milyon manat təşkil edib. Şirkət dövr ərzində 3 milyon manata yaxın mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 12% azdır

Ötən il şirkətin aktivləri 3,6% artaraq 90,1 milyon manata, öhdəlikləri də 9,3% artaraq 60,9 milyon manata yüksəlib.

"Azərbaycan Sənaye Sığorta"nın balans kapitalı isə 29,2 milyon manat təşkil edib ki, bu da bir il əvvəlki göstəriciyə nisbətən 6,6% azdır.

Seçilən
12
2
apa.az

5Mənbələr