AZ

SOCAR və ITOCHU neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib  

SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və ITOCHU Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, görüşdə SOCAR ilə ITOCHU arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən kəşfiyyat, hasilat və neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarına, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Seçilən
14
7
azerbaijan-news.az

9Mənbələr