İlk görüşün o xoş həyəcanı bəzən qarışıq bir qeyri-müəyyənliyə çevrilə bilər. Qarşınızdakı insanın əsl xarakterini anlamaq üçün bürclərə baxmağa nə deyirsiniz? Hansı kişi ilk görüşdə necə davranır? Özünə güvənli Qoçlardan tutmuş sirli Əqrəblərə, romantik Balıqlardan strateji Oğlaqlara qədər – 12 bürcün kişisi ilk görüşdə əslində hansı mesajı verir?
Ölkə.az xarakter analizini asanlaşdıracaq 12 ipucunu təqdim edir:
Qoç: Restoran seçimindən hesabı ödəməyə qədər hər şeyi nəzarətdə saxlayan, enerjisi ilə mühiti ələ alan özünə güvənli biridir.
Buğa: Sakit, keyfiyyətli məkanda yeməyin dadına fokuslanan, ağırbaşlı və centilmen davranan kişidir.
Əkizlər: Mövzudan mövzuya keçən iti zəkası və bitməyən zarafatları ilə maraqlı söhbət ustasıdır.
Xərçəng: Nəzakətli davranışı və güclü empatiyası ilə özünüzü rahat hiss edəcəyiniz etibarlı insandır.
Şir: Zərifliyi və xarizması ilə diqqət çəkməyə çalışan, özünü mərkəzdə görən lider ruhlu biridir.
Qız: Gediləcək yerdən geyiminə qədər hər şeyi planlayan, detallara önəm verən mükəmməllik tərəfdarıdır.
Tərəzi: Zərifliyi və harmoniyanı sevən, sizi sanki romantik bir nağılın içində hiss etdirən biridir.
Əqrəb: Az danışan, sirli baxışları ilə təsir edən və dərin emosiyalar yaşadan cazibədar şəxsdir.
Oxatan: Macəralarından və planlarından danışan, enerjisi ilə mühiti canlandıran şən ruhlu biridir.
Oğlaq: Ciddi və prinsipial davranan, ilk görüşü sanki bir müsahibə kimi idarə edən, amma etibarlı insandır.
Dolça: Qeyri-adi fikirləri və texnologiyaya marağı ilə fərqlənən, sizi təəccübləndirməyi sevən biridir.
Balıq: Romantik jestləri və emosional yanaşması ilə ürəyə toxunan xəyalpərəst biridir.
Həmidə İbrahimova