AZ

Naxçıvanda ictimai nəqliyyat üzrə marşrut xətləri yenilənəcək

Naxçıvan Muxtar Respublikasında rayon marşrut xətlərinin mövcud vəziyyəti və onların təkmilləşdirilməsi istiqamətində yeni konsepsiyalar müzakirə edilib.

Bu barədə Publika.az-a Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində keçirilən görüşdə nazirliyin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları, o cümlədən yerli icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və yaşayış məntəqələri arasında nəqliyyat əlçatanlığının genişləndirilməsi olub.

Muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov qeyd edib ki, həyata keçirilən yeniliklər sərnişindaşıma sisteminin daha səmərəli təşkili və xidmət səviyyəsinin yüksəldilməsinə yönəlib. Bildirilib ki, yeni marşrut xətlərində müasir avtobuslardan istifadə olunacaq ki, bu da sərnişinlərin təhlükəsiz və rahat daşınmasına şərait yaradacaq.

Seçilən
13
2
publika.az

6Mənbələr