AZ

Bu tarixlərdə doğulanlar o biri dünyanı və görünməz i görürlər

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Bəzi tarixlərdə doğulan insanların digərlərinə nisbətən daha həssas olduğu, emosiyaları və ətraf mühiti daha güclü hiss etdiyi iddia olunur. Bu barədə numerologiya sahəsində çalışan mütəxəssislər bildirir.

Qaynarinfo-nun Unian-a istinadən məlumatına görə, müəyyən günlərdə doğulan şəxslər ətrafdakı dəyişiklikləri, insanların hisslərini və bəzən izahı çətin olan "siqnalları” daha tez sezə bilirlər. Bununla belə, qeyd olunur ki, astrologiya, numerologiya, tarologiya və oxşar yanaşmalar elmi sahə hesab edilmir və onların nəticələri elmi tədqiqatlarla təsdiqlənməyib.

Hansı günlərdə doğulanlar daha həssas sayılır?

Numeroloqların fikrincə, aşağıdakı tarixlərdə doğulan şəxslər daha güclü intuisiya və emosional həssaslığa malik ola bilər:

2, 11, 20, 29 – yüksək empatiya qabiliyyəti ilə seçilirlər, başqalarının hisslərini dərindən anlayırlar

7, 16, 25 – daha çox "ruhani” və daxili dünyaya yönəlik olurlar

4, 13, 22, 31 – başqalarının fərq etmədiyi detallar və qanunauyğunluqları görə bilirlər

3, 12, 21, 30 – fəlsəfi düşüncəyə və görünməyən proseslərə maraq göstərirlər

9, 18, 27 – mühitin "enerjisinə” qarşı daha həssas reaksiya verirlər

Mütəxəssislər vurğulayır ki, bu xüsusiyyətlər paranormal qabiliyyət demək deyil. Daha çox güclü intuisiya və insan davranışındakı incə dəyişiklikləri hiss etmə bacarığı ilə əlaqələndirilir.

Belə həssaslıq həm üstünlük, həm də çətinlik yarada bilər. Bir tərəfdən, insanlara daha yaxşı empati qurmağa kömək edir, digər tərəfdən isə stress və emosional yüklənmə riskini artırır.

Qeyd olunur ki, psixoloji və sağlamlıqla bağlı məsələlərdə hər zaman elmi əsaslı yanaşmalara və peşəkar mütəxəssislərə müraciət etmək tövsiyə olunur.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
49
qaynarinfo.az

10Mənbələr