AZ

İrandan Hörmüz boğazı ilə bağlı qərar: Razılaşma əldə olunub?

İran ABŞ ilə əldə olunmuş atəşkəs razılaşmasına əsasən, Hörmüz boğazından gündə 15-dən çox gəminin keçməsinə icazə verməyəcək.

Azreform.info xəbər verir ki, bu barədə TASS agentliyi İrandakı mənbəsinə istinadən məlumat yayıb. Mənbə müharibədən əvvəlki vəziyyətə (status-kvo) qayıdışın mümkün olmadığını vurğulayıb.

"Gəmilərin hərəkəti birbaşa İranın razılığından və xüsusi protokola əməl edilməsindən asılıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında fəaliyyət göstərən bu yeni qaydalar bölgədəki tərəflərə rəsmən çatdırılıb", — deyə agentliyin həmsöhbəti bildirib.

Mənbə qeyd edib ki, Tehran Vaşinqtondan yaxın iki həftə ərzində İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasını tələb edir. İranın digər bir tələbi isə münaqişənin dayandırılmasının BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsbit olunmasıdır.

Almaniya nəşri "Der Spiegel" isə hərbi dairələrdəki mənbəyə istinadən xəbər verir ki, Almaniya hakimiyyəti Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək missiyasında mümkün iştirak ssenarilərini gizli şəkildə müzakirə edir.

Məqalədə qeyd olunur ki, rəsmi Berlin açıq şəkildə ehtiyatlı mövqe tutsa da, pərdəarxası müxtəlif ssenarilər üzərində iş aparılır. Mənbələrə görə, Bundesver xüsusilə dəniz qüvvələrinin yerləşdirilməsini nəzərdən keçirir.

Seçilən
14
1
azreform.info

2Mənbələr