AZ

Tovuzda valideynləri övladlarından imtina edib?


Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
Gender.Az Report-a istinadla xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.
***
Tovuz rayonunda valideynləri tərəfindən atıldığı söylənilən uşaqların baxımsız qaldığı müəyyən edilib.
Bu barədə Oxu.az-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, ailə uşaqlardan imtina etməyib:
“Ailə uşaqlardan imtina etməyib. Tovuz Rayon İcra Hakimiyyəti uşaqların vəziyyəti ilə bağlı informasiya əldə edib. Qonşulardan biri icra hakimiyyətinə məlumat verib ki, qonşuluqda bir ailədə uşaqlar baxımsız vəziyyətdə qalıb. İcra hakimiyyəti, eyni zamanda, aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ailəyə baxış keçirib və müəyyən ediblər ki, həqiqətən də uşaqlar evdə baxımsız vəziyyətdədir. Çünki ata uşaqlara baxmır, alkoqol aludəçisidir, ana da uşaqlara baxmaq iqtidarında deyil. Buna görə də icra hakimiyyəti aidiyyəti qurumlarla və polis əməkdaşları ilə birlikdə uşaqları xəstəxanaya yerləşdirib. Hazırda onların müayinələri davam etdirilir”.
Komitədən qeyd olunub ki, uşaqların vəziyyəti ilə bağlı zəruri tədbirlər görüləcək.

Seçilən
39
3
gender.az

5Mənbələr