AZ

Kadırov: "Çeçen bölmələri ABŞ-yə qarşı İrana getməyə hazırdır, amma…"

"İnternetdə çeçen bölmələrinin guya Amerikanın quru hücumunu dəf etmək üçün İrana doğru irəliləməyə hazır olduqları barədə məlumatlar yayılır. Əgər İran yalnız ABŞ və İsraillə döyüşsəydi, bu, çox güman ki, baş verə bilərdi. Amma onlar həm də qardaşlarımıza hücum edirlər".

Musavat.com xəbər verir ki, bunu Çeçenistan prezidenti Ramzan Kadırov öz sosial media hesabında deyib.

"Şübhəsiz ki, mən şəxsən İranı dəstəkləyirəm, bir "amma" ilə - İranın Ərəb (Fars) körfəzi ölkələrindəki mülki hədəflərə və mülki infrastrukturlara zərbələrini dəstəkləmirəm. Mən BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman əl-Səudla qardaşlıq münasibətlərindəyəm. Bu və digər üçüncü ölkələrdəki mülki şəxslərin münaqişənin günahsız qurbanlarına çevrilməsini görməkdən çox məyus oluram",- deyə Kadırov əlavə edib.

Afaq,
Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr