ABŞ müttəfiqlərdən İranla əldə olunan atəşkəsdən sonra dəniz nəqliyyatının təhlükəsizliyinə dair təcili və konkret təkliflər tələb edir.
Musavat.com xəbər verir ki, Vaşinqtonun bu sərt tələbi fonunda NATO-nun baş katibi Mark Rutte təcili şəkildə ABŞ-a səfər edib.
Məlumata görə, Trampın narazılığı NATO-nun əvvəlcə belə bir missiyada iştirakdan imtina etməsi ilə bağlıdır. Hazırda alyans daxilində yalnız planlar müzakirə edilir, lakin ABŞ artıq bölgədə hərbi mövcudluğunu artırıb və tərəfdaşlardan konkret öhdəliklər gözləyir.
Qeyd olunur ki, qarşıdakı 48 saat vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edə bilər və NATO-nun bu çağırışa necə cavab verəcəyi diqqət mərkəzindədir.
Musavat.com