AZ

Millimiz Gürcüstana uduzdu

Futzal üzrə millimiz bu gün yoldaşlıq görüşü keçirib.

"Football-plus.az" xəbər verir ki, Gürcüstan yığması ilə üz-üzə gələn Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibinə 2:4 hesabı ilə uduzub. Tbilisi şəhərindəki İdman Sarayında baş tutan oyunda yığmamızın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurub.

Millimiz aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

Seçilən
35
7
football-plus.az

10Mənbələr