AZ

“Mançester Yunayted” Ştiller üçün hərəkətə keçdi

İngiltərənin “Mançester Yunayted” klubu heyətini gücləndirmək məqsədilə Almaniya Bundesliqasına üz tutub.

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” “Ştutqart”ın yarımmüdafiəçisi Angelo Ştillerin transferində israrlıdırlar.

Məlumata görə, İngiltərə təmsilçisi futbolçunun müqaviləsində yer alan 40 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirməyə hazırdır.

Lakin “Ştutqart”ın əlində mühüm bir üstünlük var; klub təxminən 2 milyon avro ödəməklə bu maddəni istənilən vaxt ləğv edə bilər. Belə bir vəziyyətdə futbolçunun qərar vermək hüququ olmayacaq və o, 2028-ci ilə qədər olan müqaviləsinə sadiq qalaraq klubunda çıxışını davam etdirəcək.

Hazırda tərəflər arasında gərgin danışıqların davam etdiyi bildirilir.

Seçilən
4
1
fanat.az

2Mənbələr