AZ

BVF dünya ölkələrini böhrana hazırlaşmağa çağırdı

Beynəlxalq Valyuta Fondu (BVF) maliyyə nazirlərinə və mərkəzi bank rəhbərlərinə İran ətrafındakı gərginlikdən sonra qlobal iqtisadiyyatda yeni böhranlara hazırlaşmağı tövsiyə edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə BVF-nun rəhbəri Kristalina Georgiyeva bildirib.

Gələn həftə keçiriləcək BVF və Dünya Bankı yaz iclasları öncəsi Vaşinqtonda çıxış edən K.Georgiyeva ölkələri "öz evlərini qaydasına salmağa" çağırıb.

O qeyd edib ki, bu böhran keçdikdən sonra yenisi başlayacaq.

BVF rəhbərinin sözlərinə görə, ölkələr güclü və dayanıqlı iqtisadiyyatlar qurmalı, uzunmüddətli dəyişikliklərə fokuslanmalı, məhsuldarlığı artıran investisiyalara üstünlük verməli və iqtisadi nəticə verən, lakin yüksək xərc tələb etməyən tədbirlər həyata keçirməlidirlər.

Georgiyeva əlavə edib ki, əvvəlki və hazırkı böhranlar göstərir ki, özəl sektor daha çevik və uyğunlaşa bilən mexanizmlərə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
3
olaylar.az

4Mənbələr