ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“İran atəşkəsə əməl edərək, İsrailə, regiondakı Amerika maraqlarına və qonşu ölkələrə qarşı hərbi fəaliyyət göstərmədiyi müddətdə, həmçinin, səmimi şəkildə danışıqlara qatıldığı təqdirdə, biz İranın region və dünya üçün yaratdığı təhdidi aradan qaldıracaq bir razılaşmaya nail olacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Krausz APA-ya müsahibəsində deyib.
O bildirib ki, İranın əldə etməyə çalışdığı hərbi nüvə imkanları, sahib olduqları zənginləşdirilmiş uran, təkcə region və İsrail üçün yox, həm də Avropa üçün təhdiddir.
“Ümid edirəm ki, bu danışıqların nəticəsində müsbət nəticələr görəcəyik”, – səfir əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.