Lənkəranda çürümüş ağac avtomobilin üstünə aşıb, 2 nəfər xəsarət alıb.
Xezerxeber.az xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında baş verib. Astara rayonunun Təngərüd kənd sakini 59 yaşlı Dəmir Müzəffərov nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb.
Nəticədə avtomobildə olan sürücünün qızı, 38 yaşlı Nüşabə Müzəffərova və onun qaynanası 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilir.
Kənd sakinlərinin sözlərinə görə, sözügedən yolda bir neçə belə ağaclar var və onların da aşma təhlükəsi hər an qalmaqdadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.