AZ

Əraqçidən Netanyahu barədə sərt açıqlama

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbaş Əraqçi İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edob. XİN rəsmisi bildirib ki, Netanyahunun cinayət işi üzrə məhkəmə prosesi bazar günü yenidən başlayacaq.

Onun sözlərinə görə, Livan da daxil olmaqla regionda mümkün atəşkəs bu prosesin sürətlənməsinə və nəticədə Netanyahunun həbsinə gətirib çıxara bilər.

Əraqçi həmçinin ABŞ-ı tənqid edərək qeyd edib ki, Vaşinqtonun Netanyahunun “diplomatiyanı məhv etməsinə” imkan verməsi öz iqtisadiyyatına zərbə vurmaq deməkdir.

O vurğulayıb ki, İran bunu “axmaqlıq” hesab etsə də, belə ssenariyə hazırdır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
globalinfo.az

1Mənbələr