Musavat.com xəbər verir ki, İran İslam Respublikasının ali lideri Müctəba Xamenei xalqa ünvanladığı yazılı müraciətdə sərt və iddialı bəyanatlar verib.
O bildirib ki, İran “müharibəyə can atmır, lakin öz hüquqlarından da geri çəkilməyəcək”.
Xameneinin sözlərinə görə, ölkə hazırda “böyük gücə çevrilmək ərəfəsindədir” və 2026-cı ilin mart ayı “İslam İranının güclənməsi və adının yüksəlməsi üçün yeni mərhələnin başlanğıcı” olub.
Tehranın hazırkı kursunun qətiyyətli və kompromisssiz olduğunu vurğulayan Xamenei deyib:
“Biz müharibə axtarmırıq, amma öz hüquqlarımızdan imtina etməyəcəyik. Bizə vurulan bütün ziyan və şəhidlərimizin qanı üçün kompensasiya tələb edəcəyik. Biz bu müqəddəs müdafiədə danılmaz qalibə çevrilmişik”.
O əlavə edib ki, “üçüncü müqəddəs müdafiə epoxiyasının bu mərhələsində əminliklə demək olar ki, İran xalqı döyüş meydanında həqiqi qalib olub”.
Xamenei həmçinin Hörmüz boğazı ilə bağlı yeni mərhələyə keçid anonsu verib və region ölkələrinə mesaj göndərib:
“Cənub qonşularımıza deyirəm: siz bir möcüzənin şahidisiniz – ona düzgün baxın və doğru tərəfi seçin. Şeytanların yalan vədlərindən ehtiyatlı olun”.
Musavat.com