AZ

Özbəkistanda 190,8 kq həşişin Əfqanıstana keçirilməsinin qarşısı alınıb

Özbəkistanın Əfqanıstanla sərhədində yük avtomobilində qazanlarda gizlədilmiş 190,8 kq həşiş aşkar edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Özbəkistan KİV-i ölkənin Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, sükan arxasında Surxandarya vilayətinin əvvəllər nəzarət altında olmuş 36 yaşlı sakini olub.

Avtomobildə qutulara qablaşdırılmış və istehsalçı zavod tərəfindən Mərkəzi Asiya ölkələrindən birindəki şirkətin ünvanına göndərilmiş 750 qazan daşınırdı.

Yükün skan edilməsi zamanı qazanların bir hissəsinin ikiqat divarlara malik olduğu və içərisində naməlum maddə olduğu müəyyən edilib. Yük açıldıqdan sonra sərhəd və gömrük xidmətlərinin əməkdaşları onların içərisində həşiş aşkarlayıblar. Qazanların ümumilikdə sayı 210 olub.

Faktla bağlı istintaq aparılır.

Seçilən
29
4
far.az

5Mənbələr